Kişilərə qızıl gəzdirmək ziyandır
Məlumdur ki, Muhəmməd Peyğəmbər (s) hədislərində kişilərə qızıl gəzdirməyi qadağan etmiş, qadınlara isə icazə vermişdir. Bu yaxınlarda alimlər həmin qadağanın izahını vermişlər.
Məlumdur ki, Muhəmməd Peyğəmbər (s) hədislərində kişilərə qızıl gəzdirməyi qadağan etmiş, qadınlara isə icazə vermişdir. Bu yaxınlarda alimlər həmin qadağanın izahını vermişlər.
Bilirik ki, namazda, orucda və həccdə elə əməllər var ki, bu əməllər onları heçə endirir, həmçinin elə də əməllər var ki, islamı kökündən dağıdır. Əgər qısa şəkildə sadalasaq, bunların 10 növü var:
Hər bir müsəlman həm dili , həm də əməli ilə Allaha şərik qoşmaqdan çəkinməlidir.Müsəlman daim dediyi sözün günah və ya haram olub olmamasını yoxlamalıdır.Çünki elə sözlər varkı onu söyləyərkən müsəlman günaha , harama bəzən isə şirkə düşmüş olur.Rəsulullah(s.a.s) belə buyurur: Allah Təalaya və axirət gününə inanan kimsə ya xeyir söz söyləsin ya da sussun.” (Səhihi-Buxari, Kitabül-Ədəb, c. VII, səh. 78-79)
Peyğəmbərimiz Məhəmməd əleyhissəlam qəbir üstünə getməyi tövsiyə etmiş və belə buyurmuşdur:
Cəmiyyətimizdə geniş yayılan şirklərdən biri də insanlar tərəfindən istifadə olunan “gözmuncuğu”, “qola bağlanan qara sap”, “üzərlik”, “müxtəlif bitkilərin tikanları”, “at nalı”, “heyvan ölüsünün kəllə skleti” və s bu kimi şeylər təşkil edir.Əslinə qalanda bunları istifadə edən insanlar özləri də bilmədən Allaha şərik qoşmuş olurlar.Çünki bu cür şeylərdən istifadə edən insanlar, bu şeylərin qoruyucu funksiya daşıdığını güman edirlər.Lakin düşünmüllərki öz əlləri ilə düzəltdikləri əşyalar, nə onları, nə uşaqlarını nə də ki, mallarını qoruya bilməzlər.Bu cür əşyalar özlərini qoruya bilməyəcək qədər acizdirlər.Bəs onda sual meydana çıxır.Özünü ziyandan, zədələrdən və s yad təsirlərdən qoruya bilməyən bir şey başqalarını necə qoruya bilərki?Əlbətdəki qoruya bilməz!Adi bir “gözmuncuğu” insan tərəfindən düzəldilmiş bir əşyadır.Bu əşya o qədər acizdirki onu adi bir körpə əli ilə götürüb istədiyi yerə tullaya bilər və ya onu sındıra bilər.Bəs özünü quruya bilməyən bu adi “gözmuncuğu” uşağı hansı yad təsirlərdən, nəzərdən qoruya bilərki?Əlbətdəki qoruya bilməz!
Və yaxuddaki götürək “at nalını”.Nal daim atın ayaqı altında tapdalanmaqa məruz qalan adi dəmir parçasıdır.Bu dəmir parçası o qədər acizdirki onu insanlar istədiyi işlərdə istifadə etməyə yönəldə bilirlər.Bəs bu qədər aciz olan “at nalı” necə ola bilərki insanların malını, mülkünü pis nəzərlərdən qoruya bilsin?Əlbətdəki bu gülünc bir haldır.
Və yaxud götürək “üzərliyi”. “Üzərlik” Allah tərəfindən yaradılmış bir bitkidir.Bu bitki o qədər acizdiki adi soyuq tempraturda tələf olub gedir.Özünü soyuqdan qoruya bilməyəcək qədər aciz olan bir “üzərlik” insanları necə bəd nəzərlərdən qoruya bilərki?Əlbətdəki qoruya bilməz.Bu misalları uzatmaq da olar.Lakin ağıl sahibləri üçün bu qədər də kifayət edər.
Bu şeylərdən istifadə edib, inananların bütlərə sitayiş edənlərdən heç bir fərqi yoxdur.Bütlərə sitayiş edənlər bütlərə bir baş sitayiş etmillər.Onlar da Yerin və Göyün yaradıcısı Allah olduğunu qəbul edirlər.Lakin qoruma, təvəkkül, ibadət məsələsində bütləri vasitə edirlər.Günümüzdəki insanlar da onlar kimidir.Hazırda “göz muncuğundan” istifadə edən insanlar da Allahın varlığını inkar etmir.Lakin ibadətdə bu cür şeyləri Allaha şərik edirlər.Bu cür insanlar əlbətdəki Allahın varlığını və Yeri və Göyləri yaratdığını inkar etmillər,lakin təvəkkül edərkən Allahdan qeyri əşyalara və kimsəslə təvəkkül edib, Allaha şərik qoşurlar.Bu barədə Uca Allah Qurani-Kərimdə belə buyurur:”Əgər sən onlardan: "Göyləri və yeri kim yaratmışdır?"– deyə soruşsan, onlar mütləq: "Allah!"– deyəcəklər. De: "Bir deyin görək, əgər Allah mənə bir zərər toxundurmaq istəsə, sizin Allahdan başqa ibadət etdikləriniz Onun zərərini aradan qaldıra bilərlərmi? Ya da O mənə bir mərhəmət göstərmək istəsə, onlar Onun mərhəmətinin qarşısını ala bilərlərmi?" De: "Mənə Allah yetər. Təvəkkül edənlər yalnız Ona təvəkkül edirlər!"(Əz-Zümər, 38)
İmran bun Hüseyn(r) rəvayət edib:”Bir dəfə Peyğəmbər (s) qolunda sarı qolbağ olan bir adamı görüb soruşdu:”Bu nədir?” Adam cavab verdi: “ Zəiflik üz verməsin deyə gəzdirirəm”. Peyğmbər dedi: “Dərhal” onu çıxart, çünki o, sənin zəifliyini daha da artırır.Əgər qolunda bu qolbağla ölsən, heç vaxt rahatlıq tapmazsan”(Əhməd4/445;İbn Macə(3531);İbn Hibban(1410),(1411); əl-Hakim; səhih hədis)
O, həmçinin Uqbə bin Amirin Peyğəmbərdən eşitdiyi hədisi verir: “Allah, boynunda dua (tilsim,həmayil,digər buna bənzər şeylər) asanın axirətini xeyirli etməz, gözmuncuğu gəzdirənə sığınacaq verməz”.(Əhməd4/154;İbn Macə(3531);İbn Hibban(1443). əl-Hakim4/417; səhih hədis)
Gözmuncuğu ərəblərin İslamdan öncə uşaqların boynuna taxdığı muncuqlardır.Onlar güman edirdilərərki. bu muncuqlar uşaqları nəzərdən qoruyur. İslam dini bunun yalan olduğunu isbat etdi.Bu hədislər göstərir ki, qəlbləri rahatlıq və zərərdən yaxa qurtarmaq ümidi iləAllahdan başqa nəyəsə bağlananlar böyük şirk işlədirlər.Uca Allah buyurub: “Ey insanlar! Sizə bir məsəl çəkilir. Onu dinləyin. Şübhəsiz ki, Allahdan başqa ibadət etdikləriniz bir milçək belə yarada bilməzlər, hətta bunun üçün bir yerə yığışsalar belə. Əgər milçək onlardan bir şey götürüb aparsa, bunu ondan geri ala bilməzlər. Bunu etmək istəyən də aciz qalar, istənilən də!” (Əl-Həcc, 73)
Bu cür məsələlərdə cahillik üzr deyildir.Çünki bu cür şeyləri dərk etmək üçün yüksək elmə və yaxud da unversitetlər oxmaqa gərək yoxdur.Günümüzdə isə Qurani Kərim müxtəlif dillərə tərcümə olunmuşdur.Kitab oxumağı isə demək olarkı insanların əksəriyyəti bacarır.Odurki bu cür şeyləri Allaha şərik qoşub, sonra isə cahilliyi və ya bilməməzliyi üzr gətirmək ən azından insafsızlıqdır. İnsanları Allahdan üz döndərib uşaqlarını muncuqlara və kəndirlərə inandırmağa nə vadar edir?! Axı Uca Allah buyurub: ”Allahdan başqasını özlərinə dost tutanların aqibəti özünə yuva qurmuş hörümçəyin məsəlinə bənzəyir. Yuvaların ən zəifi isə, əlbəttə ki, hörümçək yuvasıdır. Kaş ki, biləydilər!” (Əl-Ənkəbut,41)
Başqa bir hədisdə belə deyilir: “Kim tilsim asarsa, şirk etmiş olur”. (Əhməd4/156; əl-Hakim4/417; səhih hədis) Hədisdən də görünür ki, üstündə bu cür şeylər gəzdirənlərin müşriklərdən olduğu açıq aydın görsənir.
İbn Əbu Hatim rəvayət edir: “Hüzeyfə əlinə qızdırmaya qarşı ip bağlamış bir nəfəri gördükdə ipi qırdı və bu ayəni oxudu: “İman gətirənlərin əksəriyyəti Allaha şərik qoşmadan inanmırlar”. (Yusif,106)
Peyğmbər digər hədisdə belə buyur: “Kim boynundan nə assa, ona da təvəkkül edər”. (Əhməd4/211;Tirmizi(2073) )
Doğrudan da bu belədirki kim bu şeyləri boynundan asarsa həmin şeyə də təvəkkül etmiş olur.Allahdan başqasına təvəkkül etmək isə şirkdir.Bəzi valideynlər öz uşaqlarının boynundan Quran ayələri yazılmış vərəqdən ibarət əskiyə bükülmüş bir şey asıllar.Və yaxudda bu əskiyə bürünmüş Quran ayələrini sancaqla uşağın paltarına tikirlər.Hər şeydən öncə valideynlər bunu anlamalılarkı Allahın kəlamları bu kimi şeylər üçün nazil olmayıb.Əgər valideynlər bu əməlllərini İslama uyğun hesab edirlərsə yanılıllar.Çünki, Peyğəmbərimiz(s) nə öz övladları, nədəki nəvələri olan İmam Həsən və İmam Hüseyn (Allah onların ikisindən də razı olsun) üçün bu cür etməmişdir.Hətta heç bir sahabə öz övladlarının boyunlarından Allahın ayələri olan yazını asmamaışdır.Bəs onda valideynlər bu işdə kimə istinad etmişlər?Əlbətdəki İslamdan qeyri bir adətə, dinə və inanca sitinad etmişlər.Allahın ayələri boyunlardan asılmaq üçün deyildir.Başı ağrayan dərmanı boynundan asmaqla sağalarmı?Əlbətdəki sağalmaz.Gərəkirki həmin dərmanı udsun və sağalsın.Odurki İslamda bəd nəzərə qarşı bu cür şeylərdən istifadə etmək olmaz!Sonda mövzunu Peyğəmbərin(s) bu hədisiylə bitirmək istərdik: “Bir insandan tilsimi qırıb atmaq, bir qulu azad etmək kimidir” .
Xalqımız arasında bəzı quşların oxuması və bəzı heyvanların ulaması müxtəlif şəkillərdə yozulur.Bunlardan bəzisi uğur, bəzisi uğursuzluq, bəzisi də ölüm nişanəsi olaraq qəbul edilməkdədir.İslam əsaslarına görə bu cür inancların hamısı batildir. Bunlar əslində xurafat inancıdır. Buna baxmayaraq xalqımızın çoxu bunlara inanırlar. Bir araşdırmacı bu məsələlər barəsində aşağıdakıları qeyd edir.
—Bayquş kimin həyətində ulayarsa o evə ya bəla gələr, ya da ölüm. |
| —Kimin həyətində it ulayarsa o evdən meyid çıxcaq. |
| —Gecə vaxtsız xoruzun banlayarsa dava-dalaş olacaq. |
| —Dovşan, tülkü ve qara pişik yolu kəsərsə, uğursuzluq olacaq. |
| —Bir yerə gedərkən ilan görülərsə, bu uğura işarədir. |
| —Qara qarğa kimin evində və ya həyətində qarıldayarsa , o evdən ölü çıxar. |
| —Bayquş kimin evində və ya həyətində ulayarsa, o evdən ölü çıxar. |
| —Ala qarğa kimin həyətində qarıldayarsa o eve xoş xəbər gələr. |
| —Qurbağalar səsini yüksəldərsə yağış yağar. |
Cəmiyyətimizdə ən geniş yayılan və bir çox insanların təəssübkeşliklə müdafiə etdiyi islamda təməli olmayan inanclardır. Bunlardan cəmiyyət arasında yayılanlardan maşınlarda gözmuncuğu asmaq, əl içinin qaşınmasından pul tapacağına inanmaq, əldən ələ sabun, soğan, yumurta, qayçı, bıçaq və s. kimi şeylər ötürmək, bazar ertəsi günü iş dalınca getməmək, dükanların girişinə nal vurmaq, cümə günü ev təmizləməmək və s. faktlar göstərilə bilər.Biz burada insanların arasında yayılmış, bir-bir ilə təzad təşkil edən bir neçə “maraqlı” xurafatları qeyd etmək istərdik. Bir çox marşrutların ön şüşəsində MaşaAllah, Allah, Məhəmməd ya Əli kimi yazılara, marşrutların daxilində müxtəlif dini şəxsiyyətlərin şəkilləri, Allah, Məhəmməd ya Əli yazılan xalçalara rast gəlirik.
Bütün bunları görən şəxs ilk baxışda elə zənn edir ki, bu yazılar və şəkillər həmin şəxsin bu zatlara olan məhəbbətinin təzahürüdür. Ancaq sürücülərlə söhbət edərkən məlum olur ki, onlar bununla öz işlərinin uğurlu olacağına, bərəkətlərinin artacağına və bu şəkillərin hörmətinə görə qəzaya düçar olmayacaqlarına inanırlar.
Çox qəribədir ki, eyni marşrutda həm bu cür şəkillərə, həm də yerli və əcnəbi şou-biznes nümayəndələrinin yarıçılpaq şəkilllərinə rast gəlinir. Digər tərəfdən bəzən bu cür vasitələrlə qəzadan yayınmağı uman sürücülərin sükan arxasında içkili vəziyyətdə olduğu hallarına da rast gəlinir.Geniş yayılan xurafatlardan biri də mağaza sahiblərinin müştəri cəlb etmək üçün mağazada müxtəlif duaların asmasıdır. Halbuki burada da uyğunsuzluq vardır. Çünki mağazaların demək olar ki, hamısında dini yazılarla yanaşı islamın haram qıldığı içki, donuz əti kimi ərzaq məhsullarına da rast gəlinir.
azerimuslims.com
Cəmiyyətdə ən geniş yayılan xurafatlardan biri də ölən insanların qəbirlərini (türbələri, məqbərələri, ziyarətgahları) ziyarət edərək onlara yalvarıb-yaxarmaqla yardım istəməkdir. Diləklərin həyata keçməsi üçün və ya xəstəlikdən qurtulmaq məqsədilə din alimlərinə və şeyxlərə məxsus türbələri ziyarət edib şam yandırmaq, bez bağlamaq, daş yapışdırmaq və nəzir etmək ilə bağlı əsas xurafatlardan bəziləridir.Bunları qeyd etməklə biz qəbirləri ziyarət etməyə qarşı çıxmırıq. Sadəcə bu ziyarətlər islam dininin qanunları və peyğəmbərimizin hədislərində bildirildiyi qaydada yerinə yetirilməlidir.
Qeyd etməliyik ki, yuxarıda göstərilən xurafat və batil inanc növləri cəmiyyətin fərdləri arasında rast gəlinənlərdən yalnız bəziləridir. Yuxarıda da qeyd edildiyi kimi, xurafatlar ağla, məntiqə və dinə tərs düşən inanclardır. Dinin qəbul etmədiyi anlayış, inanc və davranışlarla dindarlıq mümkün deyildir. Əksinə, xurafat və batil inanclar insanları fərqinə varmadan dinin həqiqətlərindən və əslindən uzaqlaşdırır. Elə isə problemin həlli nədədir?
Fikrimizcə problemin həlli xurafatların fərqinə varmaq, nələrin batil inanc yanlış etiqad, nələrin həqiqi din olduğunu öyrənməklə mümkündür. Bunun üçün isə heç şübhəsiz ki, dinimizin qaynağı olan Qurani-Kərim və peyğəmbərimizin sünnəti çərçivəsində mövcud olan bilikləri əlldə etmək vacibdir. Çünki həqiqi və sağlam bir iman qəlbə yerləşər, Qurani-Kərim və peyğəmbərimizin sünnəti də bir kompas kimi yol göstərərsə batil inancların və xurafatların nələrdən ibarət olduğunu ayırd etmək daha asan olacaq, insanın uydurduğu adət və ənənələr həyatımıza sızmayacaqdır. Bugün batil inancları, xurafat və bidətləri bir-bir saymağa və ortaya çıxarmağa ehtiyac yoxdur. Çünki necə ki, günəş çıxıb qaranlıqda nə olduğu məlum olmayan şeylərin mahiyyətini aydınlaşdırdığı kimi, cəmiyyətdə mövcud olan adət, ənənə və inancların da haqqmı, batilmi olduğu islam günəşi, Quran və sünnət ölçüləriylə anlaşılar və ayırd edilər.
azerimuslim.com
Günümüzdə insanları Cəhənnəm qapısına döğru sürükləyən əməllərdən biri də Allahdan qeyrisi üçün kəsilən qurbanlardır. Ən dəhşətli hal isə insanların bu əməli din ilə əlaqələndirib, savab ummalarıdır. Əslində isə onlar bu əməli həyata keçirtməklə Allaha şərik qoşmuş olurlar. İslamdan öncə ərəb toplumunda Allahdan qeyrisi üçün qurban kəsmək bir adət halını almışdı. Onlar Allahdan qeyri tanrılara, bütlərə, müqəddəsləşdirdikləri adamlara qurban kəsirdilər.
İslamın gəlişi bütün bu növ şirk əməlləri aradan qaldırdı.Allahdan başqası adına kəsilənlər haram qılındı.Çünki kəsmə işi ancaq Allah üçün olmalıdır. Məhz bunun üçün də uca Allah, Məhəmməd peyğmbərə (s.a.s) namazını Allah üçün qılmasını, qurbanı da yenə Allah üçün kəsməsini əmr etdi “Rəbbin üçün namaz qıl və qurban kəs!”(Kövsər, 2)
Hz. Əlidən (Allah ondan razı olsun) belə bir hədis rəvayət olunur ki: "Məhəmməd peyğəmbər (s.a.s.) mənə dörd şey söylədi:Bunlardan biri də, Allahdan başaqasına qurban kəsənə Allahın lənət etməsidir.(Müslim)
Tarıq b. Şihabdan rəvayət edilmişdir ki, Allah Rəsulu (s.a.s.) belə buyurdu: “Bir insan cənnətə bir milçəyə görə girdi. Başqa biri də cəhənnəmə məhz milçəyə görə girdi. Bu necə olur ey Allahın Rəsulu dedilər. İki adam, bütü olan bir millətin olduğu yerə daxil oldular.. Bu bütə hər dəfə bir şeyin qurban edilməsi lazım idi. Biri digərinə, mənim kəsməyə bir şeyim yoxdur, dedi. Bu bütə bir milçək belə olsa kəs dedilər. O da bir milçəyi tutub həmin büt üçün kəsdi. Bu əməli ilə Cəhənnəmlik oldu. Digərinə də, bir qurban kəs, dedilər. Mən Allahdan başaqasına qurban kəsmərəm, dedi. Bu sözdən sonra onun başını vurdular. Və Cənnətlik oldu." (Əhməd)
Peyğəmbər (s.a.s) bu mömin kişini məhz bu əməlinə görə təriflədi. Həmçinin də Cənnətə getdiyini vurğuladı. Çünki o, ölümə səbr etmiş və Allahdan qeyrisi üçün qurban kəsməkdən boyun qaçırmışdı. Bunun hikməti isə o idi ki, bu gün Allahdan başqasına milçəyi qurban kəsən, sabah dəvəni qurban edə bilərdi.
Qurban kəsmək namaz qılmaq kimi bir ibadətdir. Namaz qılmaq yalnız Allah üçün olduğu kimi, qurban kəsmək də məhz Allah üçün olmalıdır. İslam şirkdən qaçmağa o qədər önəm vermişdir ki, Allahdan başqasına qurban kəsilən bir yerdə, Allah üçün qurban kəsməyi belə qadağan etmişdir. Qəbirlərin ətrafında, pirlərdə və ya ocaqlarda, Allahın adına heyvan kəsmək belə, insanları şirkə sürükləyə biləcək ilkin addımlardır. İslam insanları şirkə aparacaq bütün əməllərdən və mühitlərdən uzaq olmağı əmr edir.Allah bizləri ona şərik qoşmaqdan mühafizə etsin.Amin
Müsəlmanlar hər gün azanlarında, iqamələrində, xütbələrində və danışıqlarında “Ləə iləhə illəllah” kəlməsini dəfələrlə söyləyirlər. Şəhadət kəlməsi: yer və göylərin, bütün məxluqatın onun üçün yaradıldığı, Allahın c.c nəbi və rəsullarını onunla göndərdiyi, kitablarını onun üçün endirdiyi, şəriətini onun üçün qoyduğu bir kəlmədir.
“Ləə iləhə illəllah”ın fayda verə bilməsi üçün söyləyən kimsənin bu kəlmənin mənasını bilib, bu mənanın tələblərinə əməl etməsi lazımdır. Bəzi insanlar, bir neçə nası dəlil gətirərək, “Ləə iləhə illəllah”ın ancaq dillə tələffüz edilən bir sözdən ibarət olduğunu iddia edirlər.Bunlar aşağıdakılardır:Şeyx Süleyman bin Abdullah rh bu iddiaya belə cavab verir:
“İtbandan ra: Rəsulullah sas belə buyurdu:
“Allah onun rizasını qazanmaq üçün “Ləə iləhə illəllah” deyən kimsəyə Cəhənnəmi haram qıldı.” (Buxari: Rikak: 6, İstitabə : 9, Muslim: İman: 47, Tirmizi: İman: 17, Əhməd: 4/44).
Muaz bin Cəbəl ra minik üzərində yolçuluqda Allah Rəsuluna sas yoldaşlıq etdiyi vaxt Nəbi sas ona:
“Ey Muaz!” deyə səsləndi.
Muaz bin Cəbəl ra :
“Buyur ya Rəsulullah! Hazıram” dedi:
Rəsulullah sas:
“Şübhəsiz Allah, Allahdan başqa ibadətə layiq ilah olmadığına və Muhəmmədin Onun qulu və elçisi olduğuna şəhadət edən hər qula atəşi haram qılmışdır...” (Buxari: Cihad: 46, Rikak: 36, Muslim: İman: 49).
Ubədə bin Samitdən ra: Rəsulullah sas belə buyurdu:
“Hər kim “Ləə iləhə illəllah və Muhəmmədur Rəsulullah” şəhadətini gətirərsə Allah ona atəşi haram edər.” Buxari: Ənbiya: 47, Təfsir: 5/17, Muslim: İman: 46, Tirmizi: Qiyamə: 10, Əhməd: 2436,5/292.
Əbu Hureyrə ra Rəsulullahdan sas belə buyurdu:
“Hər kim Allahdan başqa ibadətə layiq ilah olmadığına və mənim də Allahın Rəsulu olduğuma şəhadət edər, və bu ikisindən heç bir şübhə duymadan bu kəlmə ilə Allahın hüzuruna çıxarsa Cənnətə girər.”( Muslim: İman: 10).
Rəsulullahın sas “Ləə iləhə illəllah deyən kimsə atəşə girməz” hədisi və bənzəri hədislər, bir çoxları tərəfindən yanlış açıqlanmış, bəziləri isə hədislər qarşısında çıxılmaz vəziyyətə düşmüş, hətta bunlara “nəsx olunub” deyənlər belə olmuşdur.
Çünki Tövhid kəlməsi- Allahdan başqa ibadət edilənləri və sayğı göstərilənləri rədd etməyi, Allah sevgisini, Allahın bütün əmrlərinə boyun əyməyi və təslimiyyəti, Allaha kamil mənada itaəti, səmimi və ixlaslı olaraq, şirkdən uzaq bir şəkildə ibadət etməyi, qadağan etdiyini qadağan etməyi, ver dediyini verməyi, Onun üçün buğz (nifrət etmək demək) etməyi tələb edir.
“Ləə iləhə illəllah” kəlməsini dillə söyləyənin bütün əməllərini şirkdən təmizləməsi gərəkdir.
Rəsulullah sas belə buyurmuşdur:
“Hər kim” “Allahdan başqa ibadətə layiq ilah yoxdur” deyər və Allahdan başqa ibadət edilən şeyləri rədd edərsə malı və canı haram olar. Hesabı da Allaha aiddir.”( Muslim: İman: 23, Əhməd: 3/472).
Muhəmməd bin Abdulvahhab ən-Nəcdi rh bu hədislə bağlı bunları deyir:
“Allah Rəsulu sas bu kəlmənin mənasını ən açıq bir şəkildə izah etmişdir. Diqqət edilərsə hədis, bu kəlməni ancaq dillə söyləyən kimsənin malının və canının haram olmayacağını, ancaq bu kəlmənin mənasını bilməklə, imanın tələbinin yerinə yetirilmiş olmayacağını bildirir.
Bəli, bu kəlməni ancaq dillə demək, Allahdan başqa ibadətə layiq ilah olmadığını, Onun bənzəri və şəriki olmadığını söyləmək insanın canının və malının qorunmasını təmin etmək üçün yetərli olmaz. İnsanın can və mal qorumasına sahib ola bilməsi üçün yuxarıda sıralanan şərtlərə əməl edib, bütün küfr növlərini və sistemlərini rədd etməsi, üzərinə düşənləri yerinə yetirməsi lazımdır. Bu kəlmənin tələblərini yerinə yetirməzsə, bunlardan az da olsa uzaqlaşarsa ya da şübhə edərsə can və mal qorumasından söhbət belə gedə bilməz.”( Kitab ət-Tövhid: 115).
Qeyd:Muhəmməd bin Abdulvahhab. Hicri 1115-ci ildə Uyeynədə doğulub. On yaşında Quranı əzbər bilib. Yaşadığı əsrdə Tövhid elmini nəzəri və tətbiqi dirçəldənlərdən olub.
Allahdan Onun üçün etdiyimiz ibadətləri bizdən qəbul etməsini istəyir və Peyğəmbərimiz Məhəmmədə, onun ailəsinə, səhabələrinə və yaxşı işlərdə onların yolunu tutanlara Allahın xeyir-bərəkətini və salamını diləyirik
İslam ilə əlaqəli anlaşılmazlıqlardan biri də kəlimeyi-şəhadət məsələsində özünü göstərməkdədir. Bilindiyi kimi riyaziyyatda bir misalı həll edərkən düsturlardan birini yanlış tətbiq etsəniz cavab da səhv olacaqdır. Kəlimeyi-şəhadət İslamın düsturudur. İlk mərhələdə bunu doğrulasaq, nəyə necə şahidlik etdiyimizi də doğru anlamış və doğru yaşamış olarıq.Kəlimeyi-Şəhadət məna olaraq nə deməkdir?
“Mən şahidlik edirəm ki, Allahdan başqa ilah yoxdur. Və mən yenə də şahidlik edirəm ki, hz. Muhamməd (s) onun qulu və elçisidir.”
Məlum olduğu kimi, günümüzdə bir insan müsəlman olmaq istədiyi zaman ona bəzi məsələləri təlqin etdikdən sonra kəlimeyi-şəhadət söylədilir. Beləcə o şəxs İslama daxil edilmiş olur.
Əvvəlcə kəlimeyi-şəhadətin həqiqətdə nə mənaya gəldiyini anlamağa çalışaq:
İlah – itaət edilən, sığınılan və razı edilməyə çalışılan varlıq deməkdir. Buna görə şəhadət kəliməsinin ilk cümləsinə bir daha diqqət verək: “Şahidlik edirəm ki, Allahdan başqa ilah (itaət ediləcək, sığınılacaq və razı ediləcək) yoxdur və tanımıram” Bu Allahdan başqasına itaət etməməyi və sadəcə onun əmr və yasaqlarına tabe olaraq yaşamağı vacib edir. Bu halda kəlimeyi-şəhadət gətirmək insanlara bunu elan etməkdir: Ey insanlar! Artıq mən Allahdan başqasına itaət etməyəcəyimə şahidlik edəcəyəm. Siz də mənim həyatımda Allahdan başqasına aid qayda və qanunların olmadığını görəcəksiniz.
Yəni buradakı şəhadət sözlü deyil əməlidir.
İkinci cümləyə gəlincə:
“Və yenə şahidlik edirəm ki, hz, Muhamməd (s) Onun qulu və elçisidir.”
Elçi – bir xəbəri birindən alıb başqasına çatdıran şəxsdir. Hökmdarlar fərman yazıb elçilərinə verər və istədikləri kimsələrə göndərərlər. Beləliklə, hökmdara gedən yolu ən yaxşı bilən o elçidir. Eynən bunun kimi, peyğəmbərlər də Allah ilə insanlar arasında elçilərdir. Allahdan aldıqlarını isanlara çatdırırlar.
Yuxarıdakı misalda elçi necə hökmdara gedən yolu ən yaxşı bilən şəxsdirsə, Allaha gedən, Onun razı olduğu yolu ən yaxşı bilən də peyğəmbərlərdir. Elə isə bu çağırışın ünvanlandığı insanlardan Allaha getmək, Allahı razı etmək istəyən olsa ilk yerinə yetidikləri şey peyğəmbərləri örnək (öndər) qəbul edib onun kimi inanıb yaşamaqdır.
Hz. Rəsulunun (s) Allahın qulu və elçisi olduğuna şahidlik edənlər də hz. Peyğəmbərin (s) gətirdiklərinin hamısını qəbul edib ona paralel yaşamağa çalışanlardır.
Bu mənada “hz. Muhamməd (s) Allahın qulu və elçisi olduğuna şahidlik edirəm” deyənlər həqiqətdə bunu söyləməkdədirlər:
Ey insanlar! Mənim üçün məni Allaha götürəcək tək öndər hz. Muhamməddir (s). Mən Allaha itaət edərkən onun qulu və elçisi kimi itaət etməyə çalışacağam. O mənim üçün nümunədir.” Allah belə buyurmaqdadır: “Həqiqətən, Allahın Rəsulu Allaha, qiyamət gününə ümid bəsləyənlər (Allahdan, qiyamət günündən qorxanlar) və Allahı çox zikr edənlər üçün gözəl örnəkdir!” (Əhzab 21)
Səhabələr şəhadəti belə anlamış və belə yaşamışdır. Yoxsa bu gün olduğu kimi, ancaq dilində kəlimeyi-şəhadəti söylə və ömür boyu həyatını dəyişdirmədən yaşa – xeyr! Belə bir anlayış İslamın ruhuna ziddir. Sənin həyat tərzin elə olmalıdır ki, sən dilinlə “mən müsəlmanam” deməsən belə, sənin həyatına qıraqdan nəzər yetirənlər “müsəlmandır” desinlər. Bax, Şəhadət budur. Sadəcə söylənilən deyil, eyni zamanda yaşanan bir həyatdır. Əks-təqdirdə bir mənası omaz.
Bu mövzunu daha dəqiq formada aydınlaşdıran kiçik bir hekayəni nəzərinizə çatdıraq:
Kəlimeyi-şəhadət gətirməklə özünü müsəlman zənn edən Avaropa ölkələrindəki səfirlərdən birinə bir xristian dostu yaxınlaşaraq deyir: “Sizin dininiz mənim çox xoşuma gəlir. Amma, gündə beş dəfə namaz qıla bilməməkdən qorxuram.” “Müsəlman” səfir də buna cavabında deyir ki, “Sənin düşündüyünə bir bax. Sən kəlimeyui-şəhadət gətir müsəlmanam de. Namaz qılmasan da olar. Bax, mən də namaz qılmıram, ancaq müsəlmanam.” Bu dəfə də xristiyan belə deyir. “Dostum, mən ildə bir dəfə tutulan orucu tərk etməkdən də qorxuram” Səfir cavabında: “ Boş ver. Sən müsəlmanam de, oruc tutmasan da olar” – deyə cavab verir. Xristiyan beləcə zina etmək, içki, donuz əti yeməmək kimi bir neçə xüsusları da zikr edir. Səfir də hər dəfə “ Bu olmasa da olar, sən kəlimeyi-şəhadət gətir” – deyir. Xristian ən sonda: “Mən elə müsəlmanammış, xəbərim yoxmuş ki...Əziz dostum, sənlə aramızda nə fərq var ki!?” – deyə heyrətini bildirir.
Bəli, şəhadət gətirmək gətirməyənlərdən fərqli olmaqdır. Gəlin şəhadəti belə anlayıb bu şüurla yenidən kəlimeyi-şəhadəti bir daha yenidə təkrar edək: “Əşhədu ən lə iləhə illəllah. Və əşhədu ənnə Muhammədən abduhu və rasuluh”
azerimuslims.com
